Onlayn ictimai-siyasi qəzet
Xəbər verdiyimiz kimi, Azərbaycan Mərkəzi Bankı 2024-cü ildəki pul siyasətinə dair bəyanatında bu il ölkədə gözlənilən iqtisadi artıma dair proqnozunu da açıqlayıb. Baş tənzimləyici hesab edir ki, cari ili Azərbaycan 3-3,5 faizlik iqtisadi artımla başa vuracaq.
Bu proqnoz nə qədər realdır?
İqtisadçı-ekspert Rövşən Ağayevin sözlərinə görə, 2023-cü ilin 11 ayında Azərbaycanda 0,8 faizlik iqtisadi artım qeydə alınıb:
“Əhalinin hər nəfərinə düşən göstəriciyə görə hətta artımın 0,5 faiz olduğu görünür. Mərkəzi Bank isə dekabrın 30-da açıqladığı bəyanatında 2024-cü il üçün 3-3,5 faizik, o cümlədən qeyri-neft sektoru üzrə 5-5,5 faiz iqtisadi böyümə proqnozlaşdırır. Bunun nə qədər real olduğuna gəlincə, hökumət 2024-cü il üçün iqtisadi artımın 2,4 faiz (Beynəlxalq Valyuta Fondu 2,6 faiz), qeyri-neft sektorunun 4,6 faiz böyüyəcəyini deyir.
Mərkəzi Bankın proqnozunun reallaşması üçün neft-qaz sektorunda azalma tam dayanmalı (hətta artım olmasa belə), qeyri-neft sektorunda artım isə 6 faizdən aşağı olmamalıdır.
Halbuki gələn il Azərbaycan hökuməti neft-qaz seqmentində 1,8 faizlik azalma gözləyir. Əgər bu baş verərsə, Mərkəzi Bankın qeyri-neft sektoru üzrə 5,5 faizlik artım proqnozu reallaşsa belə, ümümi artım ən yaxşı halda 2 faiz ətrafında olacaq.
Yəni Bankın 3,5 faizlik gözləntisi bu rəqəmlərin fonunda xeyli optimist görünür.
Zəruri bir xatırlatma edim ki, 2023-cü ildə qeyri-neft sektorunun 3,2 faizlik artımı, neft sektorunun 1,6 faizlik azalması şəraitində iqtisadi artım cəmi 0,8% təşkil edib. Hər 2 sektorun iqtisadiyyatda payı təxminən eyni olduğu üçün artma (azalmaya) statistik olaraq təsiri eyni səviyyədə baş verir. Sadə desək, biri 3,2 faiz artırsa, ümumi artıma töfhəsi 1,6 faiz olur. Digəri 1,6 faiz kiçilirsə, ümumi iqtisadi tempini 0,8 faiz zəiflədir”.
Musavat.com
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ