İnsanlara hürriyət, millətlərə istiqlal!

“Melissa Group” rəhbəri Qalib Məmmədov saxlandı – Yasamaldakı “vandal söküntü” cinayət işi ilə nəticələndi

Azərbaycanda tanınmış iş adamı, “Melissa Group” tikinti şirkətinin sahibi Qalib Məmmədov saxlanılıb.

Musavat.com xəbər verir ki, barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qalib Məmmədov dünən axşam saatlarında Yasamal rayonunda baş verən qanunsuz və qəddar ev söküntüsü faktı ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Xatırladaq ki, “Melissa Group” Yasamalda kompensasiya ödənilmədən və hüquqi razılaşma olmadan, içərisində hələ də sakinlər yaşayan yaşayış binasını söküb. Bu fakt ictimaiyyətdə dərin narazılıq doğurmuş, vətəndaşların hüquqlarının ciddi şəkildə pozulduğu bildirilmişdi.

Hadisə “vandal söküntü” kimi qiymətləndirilir və ictimai rezonans doğurub. Qalib Məmmədovun əməllərinə hüquqi qiymət verilməsi üçün artıq cinayət işi açıldığı ehtimal olunur.

Məsələ ictimaiyyətin və medianın diqqət mərkəzindədir. Hüquq-mühafizə orqanları bildiriblər ki, araşdırmalar davam edir və hadisənin bütün iştirakçıları məsuliyyətə cəlb olunacaq.

Bu hadisə bir daha göstərdi ki, vətəndaş hüquqlarını pozan və özbaşına addımlar atan heç bir sahibkara güzəşt olunmayacaq. Qanun hamı üçün eynidir.

@@TVmusavat/111634@@

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

31 Mart 2025

30 Mart 2025

BÜTÜN XƏBƏRLƏR