İnsanlara hürriyət, millətlərə istiqlal!

Hamı məktəbli Nübardan danışır - VİDEO

Naxçıvana gələn almaniyalı turistin 12 yaşlı Nübar Tağıyeva tərəfindən ingilis dilində məlumatlandırılması son günlər sosial şəbəkələrdə maraqla paylaşılır.

Musavat.com Xəzər TV-yə istinadən bildirir ki, videoda məktəbli qız turistə Naxçıvanın rəmzi sayılan İlandağ (Haçadağ) haqqında geniş məlumat verir.

Nübar deyir ki, almaniyalı turisti məlumatlandırması gələn qonağın da marağına səbəb olub.

Nübar ingilis dilini Naxçıvan Dövlət Universitetinin nəznində fəaliyyət göstərən beynəlxalq Məktəbdə öyrənir və gələcək üçün böyük məqsədləri var.

Nübarın kiçik bacısı da ingilis dilini yaxşı şəkildə öyrənib. Ən böyük dəstəkçiləri isə anaları Səhnə Tağıyevadır.

Qeyd edək ki, Nübarın ingilis dilində sərbəst danışması, turistə böyük həvəslə cavab verməsi sosial şəbəkələrdə izləyicilər tərəfindən də böyük maraqla qarşılanıb.

Daha ətraflı videomaterialı təqdim edirik.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR