İnsanlara hürriyət, millətlərə istiqlal!

İran XİN ABŞ-la yazışmaların təfərrüatlarını açıqlamaqdan imtina edib

İran Xarici İşlər Nazirliyi ölkənin “milli maraqları” üçün lazım olan müddətə qədər ABŞ-la yazışmalarının təfərrüatlarını açıqlamayacaq.

Nazirlik bildirib ki, beynəlxalq yazışmaların məxfiliyinin qorunması, diplomatik proseslərin təfərrüatlarının açıqlanmaması “peşəkar” davranışdır və milli təhlükəsizliyin təmin edilməsi üçün zəruridir.

Vurğulanıb ki, yazışmaları dərc etməyə çağırışlar və hökumətin xalqa etimad göstərməməsi ilə bağlı ittihamlar guya cəmiyyətdəki yüksək gərginliyi əks etdirir və nüvə sazişi üzrə danışıqlarla bağlı spekulyasiyalardır.//Report

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR