İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya və ABŞ nadir torpaq metalları üzrə danışıqlara başlayıb

Rusiya və ABŞ nadir torpaq metalları layihələri üzrə danışıqlara başlayıb.

“Report” xəbər verir ki, bu barədə “İzvestiya” qəzetinə Rusiya Birbaşa İnvestisiya Fondunun (RDIF) rəhbəri Kirill Dmitriyev məlumat verib.

“Nadir torpaq metalları əməkdaşlıq üçün mühüm sahədir və təbii ki, biz Rusiyada müxtəlif nadir torpaq metalları və layihələri haqqında müzakirələrə başlamışıq”, - o, nəşrə deyib.

Qəzetin yazdığına görə, bəzi şirkətlər artıq layihələrə maraq göstəriblər.

Daha əvvəl Kirill Dmitriyev bildirib ki, Rusiya Ukrayna ilə müqayisədə nadir torpaq metallarının bir neçə dəfə böyük ehtiyatlarına malikdir və bu sahədə dövlət həm ABŞ, həm də digər ölkələrlə əməkdaşlıq edə bilər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Aprel 2025

01 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR