İnsanlara hürriyət, millətlərə istiqlal!

Ceff Bezos Venesiyada üç günlük toy mərasimi keçirəcək

Amazon-un qurucusu Ceff Bezos və jurnalist Loren Sançes 24-26 iyun tarixlərində Venesiyada üç günlük toy mərasimi keçirəcək.

Musavat.com-un məlumatına görə, mərasimə 250 xüsusi qonaq dəvət olunub.

Milyarder cütlük yaxın günlərdə toy hazırlıqları üçün Venesiyaya gələcək, lakin onların səfərinin dəqiq tarixi gizli saxlanılır. Tədbirin əsas məsələlərindən biri isə "prezident səviyyəsində" təhlükəsizlik tədbirlərinin görülməsi olacaq.

Mərasimə məşhur simalar qatılacaq

Bezosun 215 milyard dollarlıq sərvətə sahib olduğu bildirilir. Venesiyada milyarderin nəhəng yaxtası üçün xüsusi dayanacaq yerləri ayrılıb və beş dəbdəbəli otel bron edilib.

Mərasimdə iştirak edəcək dünya ulduzları arasında Leonardo Di Kaprio, Robert Pattinson, Barbara Streysand, Kris Cenner, Eva Lonqoriya, Opra Uinfri, Kim Kardaşyan və İvanka Tramp da var. Qeyd olunur ki, Kim Kardaşyan Sançesin 2023-cü ildən yaxın dostudur. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR