İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ 10 ildə idxal rüsumlarından 6 trilyon dollar gəlir əldə edəcək

ABŞ-nin 10 il ərzində idxal rüsumlarından əldə etdiyi gəlir təxminən 6 trilyon dollar təşkil edəcək.

“Report” xəbər verir ki, bunu ABŞ prezidenti Donald Trampın ticarət və istehsal üzrə baş müşaviri Piter Navarro deyib.

Navarro əlavə edib ki, ABŞ təkcə avtomobil tariflərindən təxminən 100 milyard dollar qazanacaq. O, həmçinin qeyd edib ki, Tramp administrasiyası Amerika avtomobilləri alanlar üçün vergi güzəştləri tətbiq etmək niyyətindədir.

“Tariflər təxminən 600 milyard dollar gəlir gətirəcək, bu, 10 il ərzində təxminən 6 trilyon dollar deməkdir”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR