İnsanlara hürriyət, millətlərə istiqlal!

15 kiloqram narkotikə görə 13 il həbs-"TikTok"dakı iranlı 3 min vəd etmişdi

Astarada 15 kiloqram narkotiklə tutulan şəxsin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

Musavat.com xəbər verir ki, 36 yaşlı Aqil Şirəliyev külli miqdarda narkotik vasitə əldə etmə, satma və qaçaqmalçılıq ittihamı ilə hakim qarşısına çıxarılıb.

İttihama görə Aqil Şirəliyev sosial şəbəkədə tanış olduğu Əmirmehdi adlı iranlı şəxsin göstərişi ilə Astara rayonun Ərçivan qəsəbəsi ərazisində, “Ələt-Astara” magistralında, yol nişanının yaxınlığında gizlədilən 15 kiloqram narkotik vasitəni götürən zaman polis əməkdaşları tərəfindən saxlanılıb.

Aqil Şirəliyev istintaq zamanı etirafedici ifadə versə də məhkəmədə özünü qismən təqsirli bilib.

Deyib ki, iranlı Əmirmehdi ilə TikTokda tanış olub. Onun istəyi ilə 1 kiloqram narkotiki dediyi yerdən götürməyə razılaşıb. Qarşılığında ona 3 min manat pul veriləcəkmiş. Aqil maddi imkanı zəif olduğu üçün razılaşdığını deyib.

İstintaq zamanı onun iranlı şəxslə telefon danışıqları, yazışmaları sübut kimi qiymətləndirilib.

Məhkəmə istintaqı zamanı Aqil Şirəliyevin təqsiri sübuta yetirilib və hökmə əsasən onun barəsində 13 il azadlıqdan məhrum etmə cəzası təyin edilib.

 

İ.Muradov
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR