İnsanlara hürriyət, millətlərə istiqlal!

Məleykə Əsədova ƏSƏBİLƏŞDİ: "Onu yazanlar çox savadsızdırlar"

Bir müddət əvvəl bəzi saytlarda "Xalq artisti Məleykə Əsədova plastik əməliyyat etdirir" başlıqlı yazılar getmişdi. Məlumata görə, aktrisa bildirmişdi ki, əl, üz və boyun nahiyələrinə kök hüceyrə etdirəcək.

Xalq artisti Musavat.com-a açıqlamasında bildirdi ki, plastik əməliyyat etdirməyib: 

"Onu yazanlar çox savadsızdırlar. Mən plastik əməliyyat etdirməmişəm. Üzə baxım etdirmişəm. Savadsızlar estetiklə plastik əməliyyatı qarışdırırlar. Zamanı gəlsə, ehtiyac olsa, plastik əməliyyata pis baxmıram. Hazırda buna ehtiyacım yoxdur". 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Sentyabr 2024

23 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR