İnsanlara hürriyət, millətlərə istiqlal!

Məktəbli qızı xilas etməyə çalışarkən xəsarət alan gömrükçünün son durumu açıqlandı

İntihar edən məktəbli qızı xilas etməyə çalışarkən ağır xəsarətlər alan gömrük işçisi həftəsonu evə buraxılacaq.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, 37 yaşlı Zahid Niyazovun vəziyyəti günbəgün stabilləşir.

Onun müalicə aldığı Mərkəzi Gömrük Hospitalından həftəsonu evə buraxılması gözlənilir.

Xatırladaq ki, mayın 3-də paytaxtın Xətai rayonu, Qədir Məmmədov küçəsində 11-ci sinif şagirdi, 2005-ci il təvəllüdlü Xumar Babayeva özünü binadan ataraq intihar edib. Hadisə zamanı aşağıda dayanmış 1984-cü il təvəllüdlü Zahid Niyazov onu xilas etməyə çalışarkən ağır xəsarətlər alıb.  

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR