İnsanlara hürriyət, millətlərə istiqlal!

Məhkəmə Anar Əsədli barəsində qərar verib

Azərbaycan Yüksəliş Partiyasının dələduzluqda ittiham olunan sədri Anar Əsədli barəsində həbs qətimkan tədbirinin seçilməsi qərarından verilmiş şikayətə baxılıb.

APA-nın əldə etdiyi xəbərə görə, bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Ziya Şirinovun sədrliyi ilə keçirilən iclasda şikayət əsassız sayılaraq rədd olunub.

Nərimanov rayon məhkəməsinin qərarı qüvvədə saxlanılıb.

Qeyd edək ki, partiya sədri 4 nəfərə qarşı dələduzluqda təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb, barəsində 2 ay 23 günlük həbs qətimkan tədbiri seçilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR