İnsanlara hürriyət, millətlərə istiqlal!

Medvedyev özünə əl qatdı: indi də Cənubi Koreya prezidentini "istefaya göndərir"

Rusiyanın Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev yenə diqqət mərkəzindədir.

Musavat.com xəbər verir ki, Medvedev bu dəfə Cənubi Koreya prezidenti Yun Sok Yölü “xəyanətkar” adlandırıb və onun istefasını tələb edib.  Hətta ABŞ-ın dəstək verdiyini iddia edərək, prezidentin gələcəyini qeyri-müəyyən elan edib.

Medvedevin açıqlamaları həmişə olduğu kimi yenə də bir az “gözlənilməz” səslənir. Əgər onun bəyanatlarına əsaslansaq, indiyə qədər dünyada ən azı üç dəfə nüvə müharibəsi başlamış, bir neçə hökumət dəyişmiş və hətta Marsda həyat tapılmış olmalı idi.

İndi isə Medvedev Şimali Koreya adından danışaraq, Cənubi Koreyaya savaş elan edir və iqtidar dəyişiklikləri ilə məşğuldur. Görünür, o, özünü yalnız Rusiya deyil, eyni zamanda dünyanın hər yerində “strateji lider” kimi görür.

Cənubi Koreya hökuməti isə Medvedevin bu fikirlərinə reaksiya verməyərək, onu ciddi qəbul etmədiklərini dolayısıyla göstərir. Axı bu açıqlamalar daha çox sarkazm və qeyri-ciddiliklə qarışıqdır. Dünya liderləri isə, ehtimal ki, Medvedevin bu “dərhal dəyişiklik” çağırışlarını növbəti siyasi teatr kimi izləyirlər.

Yenə də yaxşı ki, Medvedevin dedikləri yalnız söz olaraq qalır. Əks halda, dünya çoxdan xaosa qərq olmuşdu.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR