İnsanlara hürriyət, millətlərə istiqlal!

OPEC+da narazılıq sürətlə artır: Bir sıra ölkələr hasilatı çoxaltmağı tələb edirlər

Səudiyyə Ərəbistanı üçün neft qiymətlərini dəstəkləməli olan OPEC+ hasilatı azaltmaq planını reallaşdırmaq getdikcə çətinləşir.

Musavat.com “The Wall Street Journal”a istinadən xəbər verir ki, razılaşmanın bir çox üzvləri ABŞ-ın şist neft istehsalından artan rəqabət gözləntiləri fonunda, xüsusən də Donald Trampın yenidən ABŞ prezidenti seçilməsindən sonra bazar payını qoruyub saxlamaq üçün istehsalın artırılmasına çalışırlar.

Noyabrda prezident seçildikdən sonra Tramp "bizim maye qızılımız dünyanın hər hansı digər ölkəsindən daha çoxdur. Səudiyyə Ərəbistanından da, Rusiyadan da daha çox" deyib.

OPEC+ nümayəndələrinin növbəti görüşü dekabrın 5-də baş tutacaq və Ər-Riyad dilemma qarşısındadır - neft qiymətlərini dəstəkləmək üçün hasilatı məhdudlaşdırmağa davam etmək və ya bazar payı uğrunda rəqiblərlə mübarizə aparmaq.

Göründüyü kimi, Səudiyyə Ərəbistanı qiymət müharibəsinə başlamağa hazır deyil. WSJ mənbələri qeyd edir ki, krallıq hasilatı daha da artırmaq planlarını geri çəkərək istehsalı məhdudlaşdırmağa davam edəcək.

OPEK-in digər böyük neft istehsalçısı BƏƏ yanvar ayından dünya bazarına neft tədarükünü artırmaq üçün icazə alıb. İraq və Qazaxıstan da hasilatı artırmaq istəyir ki, bu da bazarda təklifi artıracaq və qiymətləri zəiflədəcək.

Qəzetin yazdığına görə, Səudiyyə Ərəbistanı 2014 və 2020-ci illərdə qiymət müharibələri vasitəsilə ABŞ-ın şist sektorundan neft hasilatını məhdudlaşdırmağa çalışsa da, sonda məqsədlərinə nail ola bilməyib. Bu dəfə Tramp neftin hansı qiymətlərini görmək istədiyi ilə bağlı aydın siqnallar vermədən ölkə hakimiyyəti ciddi addımlar atmaqdan qorxur.

Amerika regionunda neft hasilatının artması artıq OPEC+ ölkələrinin qlobal tədarükdəki payının 2016-cı ildən bəri ən aşağı səviyyəyə enməsinə səbəb olub. Səudiyyə Ərəbistanının tələb etdiyi hasilat həddi alyansın digər üzvləri üçün böyük narahatlıq yaradır.

OPEC+ Vaşinqton üçün də əhəmiyyətini böyük ölçüdə itirib. ABŞ dövlət katibinin enerji məsələləri üzrə köməkçisi Cefri Pyatt hesab edir ki, Braziliya, Kanada və Qayanada hasilatın artımını nəzərə alaraq, kartelin təsiri hazırda “təsəvvür ediləndən azdır”. Bu, iki il əvvəl neftin qiymətinin bir barel üçün 100 dollardan yuxarı olduğu və ABŞ prezidenti Co Baydenin Səudiyyə Ərəbistanını hasilatı artırmağa çağırdığı vaxtdan əhəmiyyətli dəyişiklikdir.

Sənaye ekspertləri deyirlər ki, bazar gücünün dəyişməsi Səudiyyə Ərəbistanının digər kartel üzvlərini küncə sıxışdırmaq və ya yeni iştirakçılar cəlb etmək qabiliyyətini zəiflədib. Neftə tələbatın növbəti onillikdə pik həddə çatacağı proqnozları bir çox istehsalçıları mənfəəti mümkün qədər tez yüksəltmək üçün hasilatı artırmağa sövq edir.

Keçən həftə İran rəsmisi dövlət xəbər agentliyində Səudiyyə Ərəbistanının hasilatı cilovlamasını “uğursuz” siyasət adlandıran materialla çıxış edib. Onun yazdığına görə, hasilatın azaldılması ABŞ və digər istehsalçıları hasilatı artırmağa stimullaşdırıb. O, Anqolanın artıq OPEK-dən çıxdığını qeyd edib və bu siyasət nəticəsində digər ölkələrin də nümunə götürə biləcəyini vurğulayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR