Onlayn ictimai-siyasi qəzet
"Kreml Əsəd rejiminin yıxılmasını istəmir, ancaq bu nə vaxtsa baş verərsə, Moskva alternativlər barədə düşünmək məcburiyyətində qalacaq".
Musavat.com bildirir ki, bu fikirləri politoloq Elxan Şahinoğlu səsləndirib.
Politoloq qeyd edib ki, Rusiya və İran Əsəd rejiminə dəstəyini davam etdirir, lakin Rusiyanın başı Ukrayna müharibəsinə qarışıb və Əsədin daimi hərbi dəstək istəkləri Kremli getdikcə daha çox narahat etməyə başlayır:
"Rusiya Suriyada həm hərbi texnikasını itirir, həm də hərbçiləri təhlükə altındadır. Hər halda, Suriya Rusiya üçün Ukrayna qədər əhəmiyyət daşımır. İran üçün isə Əsəd rejiminin yıxılması həm böyük bir strateji itki, həm də qonşu ölkə olaraq ciddi təhlükə deməkdir. Rusiya üçün isə Əsəd rejiminin yıxılması, ən yaxşı halda, Suriyadakı sovet dövründən qalma hərbi bazasını itirməsi anlamına gələ bilər. Əlbəttə, Kreml Əsəd rejiminin süqutunu arzulamır, ancaq bu nə vaxtsa baş verərsə, Moskva alternativlər barədə düşünmək məcburiyyətində qalacaq. Əgər Əsədin yerinə hakimiyyətə onun yaxın ətrafından biri gəlib müxalifətlə anlaşma əldə edə bilsə, bu, Rusiya üçün də müəyyən mənada faydalı ola bilər. Belə olan halda, Rusiya həm Suriyadakı bazasını qoruyar, həm də indiki qədər hərbi resurs xərcləmək məcburiyyətində qalmaz".
Xalidə Gəray
Musavat.com
05 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ