Onlayn ictimai-siyasi qəzet
Ukrayna Prezidenti Volodimir Zelenski Gürcüstan hakimiyyətinə qarşı “sanksiya qərarlarının” hazırlandığını açıqlayıb.
Musavat.com xəbər verir ki, bu barədə o, dekabrın 3-də axşam müraciətində danışıb.
Zelenski bildirib ki, Gürcüstanda mövcud hakimiyyət ölkəni Rusiyadan asılı vəziyyətə salmağa çalışır: “Bu, yalnız Gürcüstan xalqının deyil, həm də bütün regionun problemidir. Gürcüstan hakimiyyəti hazırda öz xalqına qarşı utancverici addımlar atır. Moskvanın Gürcüstan hakimiyyətini tərifləməsi isə onların kimin üçün çalışdığını açıq şəkildə göstərir. Onlar Gürcüstan üçün deyil, başqa qüvvələr üçün çalışırlar və bu məqsədlə etirazları yatırırlar.”
Prezident əlavə edib ki, Ukrayna bu məsələdə hüquqi reaksiya hazırlayır və Avropa ölkələri ilə birgə konkret tədbirlər üzərində işləyir: “Mən artıq müvafiq sanksiya qərarlarının hazırlanması barədə göstəriş vermişəm,” – deyə Zelenski vurğulayıb.
Bu açıqlama Gürcüstan və Ukrayna arasında münasibətlərin gərginləşməsinə səbəb ola bilər. Rəsmi Tbilisinin məsələ ilə bağlı reaksiyası hələ açıqlanmayıb.
Musavat.com
05 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ