İnsanlara hürriyət, millətlərə istiqlal!

Kadırov ukraynalı əsirə özünü öldürməyi təklif etdi - VİDEO

Çeçenistan rəhbəri Ramzan Kadırov əsir götürülən ukraynalı əsgərə intihar etməsini təklif edib. Musavat.com xəbər verir ki, hadisəni Kadırov öz Telegram kanalında yayımlayıb.

Çeçenistan rəhbəri Ukrayna xalqını təhqir edib: “Mən onlara dedim ki, Ukraynada kişi əhalisi tükənir, onların yerinə NATO quldurlarını, dünyanın hər yerindən muzdluları göndərirlər. Onlar da tezliklə bitəcək. Ukraynanın təbii sərvətlərdən başqa heç nəyi qalmayacaq, onlar üçün mübarizə aparacaqlar”.

Bundan sonra siyasətçi məhbuslardan biri ilə danışıb və ona intihar etməyi təklif edib. Öz növbəsində ukraynalı hərbçi bundan imtina edib.
Kadırov bundan əvvəl ukraynalı əsirləri Rusiya hərbi obyektlərinin damına düzməyi təklif edib.

Onu da qeyd edək ki, noyabrın 4-nə keçən gecə Ukrayna Çeçenistan xüsusi təyinatlı polis alayının Qroznı yaxınlığındakı bazasına dron zərbəsi endirib.

@@mash/59782@@

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR