Onlayn ictimai-siyasi qəzet
Gürcüstanın Daxili İşlər Nazirliyi müxalifət partiyalarının ofislərində axtarışlar aparıb.
Musavat.com xəbər verir ki, məlumatı Gürcüstanın Birinci Kanalı nazirliyə istinadən yayıb. Nazirliyin açıqlamasına görə, müxalif “Dəyişiklik naminə koalisiya”nın liderlərindən biri Nika Qvaramiya inzibati qaydada həbs edilib.
Qeyd olunur ki, bir neçə saat əvvəl polis təşkilatlardan birinin və bir neçə müxalifət partiyasının ofisinə daxil olub. Hüquq-mühafizə orqanlarının əməkdaşları "Droa" partiyasının ofisində axtarış aparıblar.
Ofisin ərazisində Nika Qvaramiya ilə polis arasında mübahisə baş verib, bundan sonra Qvaramiya hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.
Musavat.com
05 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ