İnsanlara hürriyət, millətlərə istiqlal!

Zaxarovanın Malta səfərinə imkan verilmədi – Rusiya XİN-dən bəyanat

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın dekabrın 5-6-da Valettada (Malta Respublikası) ATƏT Xarici İşlər Nazirləri Şurasının 31-ci iclasında iştirak üçün verilmiş vizası son anda ləğv edilib.

Musavat.com Rusiya mətbuatına istinadən xəbər verir ki, nazirlik bu hadisə ilə bağlı xüsusi bəyanatla çıxış edib.

Bəyanatda Zaxarovanın vizasının ləğvi görünməmiş hadisə adlandırılır: “ATƏT sistemində müxtəlif tədbirlər, o cümlədən Nazirlər Şurasının qarşıdan gələn iclası üçün Rusiya nümayəndə heyətinin üzvlərinə vizaların verilməməsi probleminə xüsusi diqqət yetiriləcək”.

Bəyanatdan aydın olur ki, Malta tərəfi vizanın ləğvinin onlardan asılı olmayan səbəbdən baş verdiyini bildirib.

Qeyd edək ki, ATƏT Nazirlər Şurasının iclasında Rusiyanın xarici işlər naziri Sergey Lavrov iştirak etməlidir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR