İnsanlara hürriyət, millətlərə istiqlal!

Metroda PROBLEM: Sərnişinlər düşürüldü - AÇIQLAMA

"Əhmədli"-"Dərnəgül" istiqamətində, "28 May" stansiyasında sərnişinlər qatardan düşürülüb.

Bu barədə "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, buna səbəb maşinistin qatara texniki baxış keçirilməsi tələbi olub.

"Maşinist qatara sərnişinsiz baxış keçirilməsini tələb etdi. Bu səbəbdən "Əhmədli"-"Dərnəgül" istiqamətində hərəkətdə olan qatar "28 May" stansiyasında bütün sərnişinlər vaqonlardan düşürülüb. Hazırda qatar xəttədir və texniki baxış keçirilir", deyə B.Məmmədov bildirib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR