Onlayn ictimai-siyasi qəzet
Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli oktyabrın 24-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasını (BMA) ziyarət edib.
Elm və təhsil naziri Emin Əmrullayevin də iştirak etdiyi ziyarət zamanı BMA-nın rəhbərliyi və pedaqoji kollektivinin bir qrup tanınmış üzvü ilə görüş olub.
Akademiyanın rektoru Azərbaycanın və keçmiş SSRİ-nin Xalq artisti, respublikanın Dövlət mükafatı laureatı Fərhad Bədəlbəyli təhsil ocağının fəaliyyəti barədə məlumat verib.
Qeyd olunub ki, dahi Üzeyir Hacıbəylinin təməlini qoyduğu təhsil ocağı Azərbaycan musiqi mədəniyyətinin inkişafında mühüm rol oynayır. BMA-nın məzunlarının sorağı dünyanın məşhur səhnələrindən gəlir.
Söhbət zamanı təhsil ocağının fəaliyyət istiqamətləri, tədrisin keyfiyyəti, beynəlxalq əməkdaşlıq imkanları və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
Sonda xatirə şəkilləri çəkdirilib.
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ