İnsanlara hürriyət, millətlərə istiqlal!

Məclisə girib masaları çevirdilər - Bakıda toyda insident

Bakının Binə qəsəbəsində yerləşən şadlıq sarayında keçirilən toy mərasimində insident baş verib.

Musavat.com Qafqazinfo-ya istinadla xəbər verir ki, hadisə noyabrın 19-da, axşam saat 22 radələrində qeydə alınıb.

Qəsəbədəki şadlıq evində keçirilən toy mərasimi zamanı 2 nəfər mərasimə müdaxilə edib. Belə ki, 1995-ci il təvəllüdlü V.Abdullayev və həmyaşıdı N.Quliyev masaları çevirərək qab-qacaqları sındırmağa başlayıblar. Onların bu əməlindən sonra toy vaxtından əvvəl başa çatdırılıb.

Şadlıq evinin sahibi, 1971-ci il təvəllüdlü X.Baxşıyev baş vermiş hadisə və ona dəymiş ziyanla bağlı ərazi üzrə polis şöbəsinə müraciət edib.

Müraciətlə bağlı araşdırma aparılır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR