Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, sosial mediada bədəninin hər yeri qançır olmuş yaşlı kişi videosu paylaşılıb. İddia olunur ki, kimliyi açıqlanmayan bu şəxs Maştağa Psixiatriya Xəstəxanasında döyülüb. Hazırda görüntülər ölkə boyunca və ondan kənarda sürətlə yayılmaqdadır.
Daxili İşlər Nazirliyi (DİN) 1 saylı Maştağa Psixiatriya Xəstəxanasında döyüldüyü iddia edilən şəxslə bağlı görüntülərə münasibət bildirib.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov Musavat.com-a bildirib ki, həmin şəxsin müalicə olunduğu xüsusi təyinatlı tibb müəssisəsində xəsarət alması ilə bağlı polisə məlumat daxil olub.
Məsələ ilə bağlı təhqiqat araşdırmaları aparılır.
Musavat.com döyüldüyü iddia edilən şəxsə aid görüntüləri təqdim edir.
Xəstəxana rəhbərliyinin və müvafiq qurumların münasibətini gözləyirik.
26 Noyabr 2024
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ