Onlayn ictimai-siyasi qəzet
X sosial şəbəkəsinin sahibi və sahibkar İlon Mask Demokratlar Partiyasından vitse-prezidentliyə namizəd göstərilən Minnesota qubernatoru Tim Uolzu internetdə dezinformasiyaya qarşı mübarizə ilə bağlı açıqlamalarına görə axmaq adlandırıb.
Musavat.com-un verdiyi xəbərə görə, siyasətçi MSNBC-yə müsahibəsində “azad sözün təminatı dezinformasiyaya və ya nifrət nitqinə şamil edilmir” deyib və bu, Maskın xoşuna gəlmədiyi üçün onun barəsəində status yazıb: “O, çox axmaqdır” dedi. Mask bu sözlərlə yanaşı statusa “ağlayan adam” emojisi də əlavə edib.
Daha əvvəl Mask ABŞ prezidentliyinə namizəd Kamala Harrisi bərabər imkanlarla bağlı sözlərinə görə kommunist adlandırmışdı. “Kamala sözün əsl mənasında kommunistdir. O, təkcə bərabər imkanlar deyil, həm də bərabər mövcudluq şərtləri istəyir”, - Mask deyib.
Musavat.com
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ