İnsanlara hürriyət, millətlərə istiqlal!

Maşın park etmək üstündə ÖLDÜRÜLƏN İŞ ADAMININ FOTOSU

İstanbulun Büyükçekmece bölgəsində iki qrup arasında dayanacaq üstündə baş verən dava zamanı Atakan Gülsevər vurularaq həyatını itirib.

Musavat.com bu barədə Türkiyə mediasına istinadən xəbər verir.

Bildirilib ki, hadisə dünən yerli vaxtla 18:00 radələrində Fatihdə yerləşən iş yerində baş verib.

Əldə edilən məlumata görə, Atakan Gülsevər 3 gün öncə park yeri ilə bağlı mübahisə etdiyi şəxsləri söhbət etmək üçün iş yerinə dəvət edib. Ofisdə şübhəlilərlə Gülsevər arasında mübahisə düşüb. Qısa zamanda atışmaya çevrilən hadisə zamanı Gülsevər başından güllə ilə vurularaq qətlə yetirilib. Daha bir güllə isə yanındakı şəxsin ayağına dəyib.

Hadisə yerinə sağlamlıq və polis qrupları sövq edilib. Polis qrupları qaçan şübhəlini axtarır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR