Onlayn ictimai-siyasi qəzet
Müğənni Manaf Ağayev övladlarının biznesindən danışıb.
Sənətçi bu haqda "Qonaqcanlı" proqramında danışıb. O, aparıcı Aytəkin Mərdanovanın bununla bağlı sözlərini təsdiqləyib:
"Oğlumun maşın biznesi var. Amma antik maşınları var. Onu kimsə istəyəndə ödənişli və ya tanışlıqla verir. Hətta Zamiq Hüseynov, Şəbnəm Tovuzlu klipində istifadə edib. Bəzən bəy-gəlin maşını kimi də istəyirlər".
A.Mərdanovanın "Qızınızın da xonça düzəldilməsi ilə bağlı biznesi var" sözlərini M.Ağayev təsdiqləyib. (Axşam.az)
16 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ