İnsanlara hürriyət, millətlərə istiqlal!

Makron Ukrayna ilə bağlı hərəkətə keçir- Aİ sammitini çağırdı 

Fransa prezidenti Emmanuel Makron Ukraynadakı vəziyyət və Avropanın təhlükəsizliyi ilə bağlı ikinci fövqəladə sammitin keçiriləcəyini elan edib.

Musavat.com Reuters-ə istinadən xəbər verir ki, görüş 19 fevral, çərşənbə günü baş tutacaq.

Mənbələrin bildirdiyinə görə, bu dəfə sammitdə ilk görüşdə (17 fevral, bazar ertəsi) iştirak etməyən ölkələr də yer alacaq. Norveç, Kanada, Litva, Estoniya, Latviya, Çexiya, Yunanıstan, Finlandiya, Rumıniya, İsveç və Belçika dəvət olunan ölkələr sırasındadır.

Həmçinin bəzi ölkələrin sammitə videokonfrans formatında qatılacağı istisna edilmir.

Tədbirin əsas müzakirə mövzularının Ukraynaya dəstək və Avropanın təhlükəsizliyinin təmin edilməsi olacağı gözlənilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Fevral 2025

20 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR