İnsanlara hürriyət, millətlərə istiqlal!

Mağaza açılışında izdiham - Pəncərələri sındırdılar, polis müdaxilə etdi - VİDEO

Türkiyədə məişət əşyaları satan mağaza açılış üçün xüsusi endirim kampaniyası təşkil etdiyi üçün izdiham yaşanıb.

Musavat.com xəbər verir ki, sözügedən hadisə Türkiyənin Bursa şəhərində baş verib.

İçəri girmək istəyən insanların mağazanın şüşələrini sındırıb. Bölgəyə sövq edilən polis açılışı ləğv edərək izdihamı dağıdıb. 

Bursanın Nilüfer səmtindəki Ərtoğrul Məhəlləsində yeni məişət əşyaları və məişət texnikası satan mağaza açılış üçün xüsusi kampaniya təşkil edib. Endirimi eşidənlər səhər tezdən mağazanın qarşısına toplaşıblar. Mağaza rəsmiləri qapıları açanda insanlar içəri girmək istəyərkən izdiham yaranıb. Mağazanın şüşələri qırılarkən, xəbər üzərinə bölgəyə polis qrupları sövq edilib. Gələn qruplar mağazanın açılışını dayandırdı. Camaat polisin xəbərdarlığı ilə dağılıb.

Musavat.com 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR