İnsanlara hürriyət, millətlərə istiqlal!

Londondan Nyu-Yorka uçan təyyarənin pilotu nədən geri qayıdıb?

Londondan ABŞ-ın Nyu-York ştatına uçan təyyarənin pilotu uçuş hazırlığını tamamlamaması səbəbindən geri qayıdıb.

AZƏRTAC xəbər verir ki, “Virgin Atlantic” Hava yollarına məxsus “Airbus A330” təyyarəsinin pilotu havaya qalxdıqdan az sonra ikinci pilot kapitana uçuş hazırlığını tamamlamadığını etiraf edib. Təyyarə havaya qalxdıqdan təxminən 40 dəqiqə sonra Londonun Hitrou hava limanına qayıdıb. Təyyarədə 300-ə yaxın sərnişinin olduğu bildirilib.

Aviaşirkət sərnişinlərə problemin marşrut xətası ilə bağlı olduğunu bildirib və üzr istəyib. Bundan əlavə, sərnişinlər əmin ediliblər ki, onların təhlükəsizliyi ilə bağlı heç bir problem yoxdur.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR