Onlayn ictimai-siyasi qəzet
London xarici agentlərin axtarışına başlayıb. Musavat.com xarici mediaya istinadla xəbər verir ki, ingilis xəfiyyələr öncələr rus casusları axtarırdılarda, indi Çin casuslarının təqibindədirlər.
Bu günlərdə Surrey qraflığındakı universitetinin professoru Yu Sion şübhə altına düşüb. O, kriptovalyuta ilə işləyir. Məlum olub ki, professor kral III Çarlz və kraliça Kamilla ilə görüşüb, həmçinin dəfələrlə Lordlar Palatasını ziyarət edib. Orada o, xüsusilə baronessa Uddinlə yaxın əlaqələr qurub. Onlar birlikdə Çin və Banqladeşə səfər ediblər. Britaniya əks-kəşfiyyatı Sionun Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin bir şöbəsi ilə əlaqəli olduğunu iddia edir.
Yu Sion 2022-ci ildən bəri Lordlar Palatasında onlarla tədbirdə iştirak edib və həmyaşıdları ilə əlaqə qurub.
“The Guardian” qəzeti yazır ki, Britaniya əks-kəşfiyyatı MI5 Yu Sionun Çin KP MK ilə ilə son dərəcə mürəkkəb əlaqəsini üzə çıxara bilib. Belə çıxır ki, professor bu qüdrətli strukturla birbaşa deyil, müəyyən bir birlik, “Qərbdən qayıtmış alimlər” təşkilatı vasitəsilə əlaqə saxlayıb. Bu assosiasiyanın MK-nin departamentinin nəzarəti altında olduğu iddia edilir. Yu Sion həmin assosiasiyanın Böyük Britaniyadakı filialının prezidenti olub.
Çin lideri Si Cinpin MK-nin müvafiq departamentini “sehrli silah” adlandırıb. Bu, Çinə xaricdə öz məqsədlərini həyata keçirməyə imkan verir. Partiya nizamnaməsinə görə, departament ÇXR-in aparıcı rolunu dəstəkləyir və Tayvanın müstəqillik elan etməsinə qarşı çıxır.
Musavat.com
31 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ