Onlayn ictimai-siyasi qəzet
Almaniya kubokunun finalında “Leyptsiq” “Ayntraxt”ı 2:0 hesabı ilə məğlub edib.
Görüş Berlindəki Olimpiya Stadionunda baş tutub.
Qalib komandanın heyətində Kristofer Nkunku (71-ci dəqiqə) və Dominik Soboslay (85) fərqlənib.
2009-cu ildə əsası qoyulan “Leyptsiq” tarixində dördüncü dəfə turnirin finalına yüksəlib. 2019-cu ildə komanda həlledici görüşdə “Bavariya”ya (2:4), 2021-ci ildə “Borussiya Dortmund”a (1:4) məğlub olub. 2022-ci ildə “Leypsiq” ilk dəfə kuboku qazanaraq “Frayburq”u penaltilər seriyasında (1:1 və əlavə vaxt) 4:2 hesabı ilə məğlub edib.\\report.az
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ