İnsanlara hürriyət, millətlərə istiqlal!

Kupyanskidə QIRĞIN gedir, Şumı işğal olundu, Putin isə AXIRA QƏDƏR GEDƏCƏYİNİ açıqladı – CANLI

Şimali Koreyadan sonra Vyetnama səfər edən Vladimir Putin növbəti aqressiv açıqlamalar verib. Rusiya başçısı deyib ki, ölkəsinin Ukaryna müharibəsindəki strateji məğlubiyyəti guya Rusiya dövlətçiliyinin sonu anlamına gələcək:

“Onlar (Qərb ölkələri – red.) Rusiyanın döyüş meydanında strateji məğlubiyyətinə nail olmaq istədiklərini bildirirlər. Bu, Rusiya üçün nə deməkdir? Rusiya üçün bu, onun dövlətçiliyinin sonu deməkdir. Bu, Rusiya dövlətinin min illik tarixinin sonu deməkdir - məncə, bu, hamıya aydındır. Və sonra sual yaranır: niyə qorxmalıyıq? Axıra qədər getmək daha yaxşı deyilmi?”
Putin daha sonra iddia edib ki, Qərb gələn ilin əvvəllərində Zelenskini “yola salacaq”: “Qərb bütün qeyri-populyar qərarları Ukrayna Prezidenti Volodimir Zelenskinin üzərinə qoyacaq və gələn ilin birinci yarısında onu dəyişdirəcək”.

Onun bu iddiası ilə bundan əvvəlki fikrini tutuşdurduqda belə qənaət yaranır ki, Putin Ukraynada Zelenski hakimiyyətinin Qərb tərəfindən devrilməsini gözləyir. Qoşunlarını isə Ukraynadan ona görə çıxarmır ki, Zelenski hələ hakimiyyətdədir(?)...

Putin həmçinin əlavə edib ki, “indiyə qədər Ali Radadan heç kim pərdəarxası danışıqlarla bağlı Rusiya ilə əlaqə saxlamayıb”: “Rusiya Ukrayna tərəfi ilə İstanbul və Minsk razılaşmaları əsasında dialoqu davam etdirməyə hazırdır.

Ukrayna üzrə danışıqlar hətta sabah da ola bilər, lakin Rusiya yerdəki indiki vəziyyətdən çıxış edəcək. Yerdəki vəziyyətdən asılı olaraq şərtlərimiz dəyişəcək”.

Rusiya silahlı bölmələri Donetsk vilayətinin Baxmut rayonunda Şumı qəsəbəsini işğal edib. Kupyanski istiqamətində Stelmaxovka, Novoselovka, Pesçanoye, Sinkovka və Berestovoe yaşayış məntəqələri ərazilərində döyüşlər gedir. Kupyansk istiqamətində ruslar artıq 13 dəfə Ukrayna mövqelərinə yaxınlaşmağa cəhd ediblər.

TVMusavat-ın bu gün saat 12:10-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu siyasi şərhçi Heydər Oğuzla ermənilərin atəşkəsi pozmasını və Ukrayna müharibəsini müzakirə edir.


Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat


Youtube səhifəsinin ünvanı:


https://www.youtube.com/user/TVmusavat

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR