İnsanlara hürriyət, millətlərə istiqlal!

Krım körpüsünün partladılmasında Britaniya izi - İDDİA və ŞÜBHƏ

“The Grayzone” nəşri məxfi sənədlərə istinadən yazır ki, Krım körpüsündə törədilən terror aktında Britaniya xüsusi xidmət orqanları əməkdaşlarının əli ola bilər.

Musavat.com xəbər verir ki, məqalədə deyilir: “Sızdırılmış sənədlər onların körpüyə son hücumda mühüm rol oynadığını göstərir”.

“The Grayzone” nəşrinin yazdığına görə, xüsusi təyinatlılar bir neçə ay əvvəl körpünü dağıtmaq üçün müfəssəl plan hazırlayıblar. Çertyojlar Britaniya kəşfiyyatının baş əməliyyat zabiti və NATO-nun keçmiş yüksək rütbəli müşaviri Kris Donnellinin rəhbərliyi altında hazırlanıb.

İyulun 17-də Krım körpüsü yenidən hücuma məruz qalıb. Antiterror komitəsinin məlumatına görə, partlayış Ukraynaya məxsus iki pilotsuz uçuş aparatının köməyi ilə həyata keçirilib.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR