İnsanlara hürriyət, millətlərə istiqlal!

Kreml Lavrovun yəhudilər haqda açıqlamasına dair insidentə münasibət bildirib

Rusiya və İsrail etibarlı dialoqu davam etdirir.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov xarici işlər naziri Sergey Lavrovun yəhudilər haqda bəyanatında sonra baş verən insidenti şərh edərkən bildirib.

“İsrailli dostlarla etibarlı dostluq dialoqumuzu davam etdiririk. Prezident cənab Bennet ilə təmasdadır, onlar təmasları davam etdirmək barədə razılığa gəliblər”, - Peskov Lavrovun açıqlaması ilə bağlı insidenti və XİN başçısının üzr istəməli olub-olmamasını şərh edərkən deyib.

Qeyd edək ki, dünən Kremlin mətbuat xidməti Rusiya Prezidenti Vladimir Putinlə İsrailin Baş naziri Naftali Bennet arasında telefon danışığı barədə məlumat yayıb. Məlumatda Putininin Benneti İsrailin Müstəqillik Günü münasibətilə ürəkdən təbrik etdiyi qeyd olunub. İsrail Baş nazirinin mətbuat xidməti isə Rusiya Prezidentinin Lavrovun məlum açıqlamasına görə üzr istədiyi haqda məlumat yayıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR