İnsanlara hürriyət, millətlərə istiqlal!

Klaar: “Aİ-nin Ermənistandakı missiyasından təsdiq almaq çox xoşdur”

 

Aİ-nin Gürcüstan və Cənubi Qafqazdakı böhran üzrə xüsusi nümayəndəsi Toivo Klaar qurumun Ermənistandakı missiyasının Ermənistan-Azərbaycan sərhədində “qeyri-adi hərəkətlər müşahidə olunmadığını” bildirən qeydinə reaksiya verib.

 Musavat.com bu barədə erməni mediasına istinadən bildirir.

“Aİ-nin Ermənistandakı missiyasından təsdiq almaq çox xoşdur, hərbçilərin qeyri-adi hərəkətləri müşahidə edilməyib. Missiyanın məqsədi budur: daha çox şəffaflığı təmin etmək və inam yaratmaq. Biz Azərbaycan hakimiyyəti ilə daha fəal qarşılıqlı fəaliyyətə açıq qalırıq”, - Klaar X-dəki mikrobloqunda missiyanın  açıqlamasını paylaşaraq qeyd edib.

Bundan əvvəl Ermənistan Müdafiə Nazirliyi Ermənistan Respublikası Silahlı Qüvvələrinin sərhədin müxtəlif istiqamətlərində şəxsi heyətin, zirehli texnikanın, artilleriyanın və digər atəş silahlarının yığılması və aktiv yerdəyişmələri həyata keçirdiyi barədə yayılan xəbərləri təkzib edib. Daha sonra Aİ müşahidə missiyası da analoji mövqe sərgiləyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR