İnsanlara hürriyət, millətlərə istiqlal!

Kiyevdən sülh danışıqları ilə bağlı SON DƏQİQƏ AÇIQLAMASI

Ukrayna tərəfi hələlik gələn həftə Səudiyyə Ərəbistanında danışıqların keçirilməsini planlaşdırmayıb.

Musavat.com xəbər verir ki, bu barədə "RBK-Ukrayna" nəşrinə prezident Volodimir Zelenskinin komandasında olan mənbə məlumat verib.

Bundan əvvəl ABŞ prezidenti Donald Tramp Amerika, Ukrayna və Rusiya nümayəndələrinin Ər-Riyadda görüş keçirəcəyini elan edib. Lakin bu açıqlama hələlik rəsmi təsdiqini tapmayıb.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı daha əvvəl də Rusiya-Ukrayna münaqişəsində vasitəçilik təşəbbüsləri ilə çıxış edib. Ekspertlər hesab edirlər ki, əgər belə bir görüş reallaşarsa, bu, müharibənin diplomatik həlli istiqamətində mühüm addım ola bilər. Bununla belə, Kiyev tərəfi ehtiyatlı mövqe nümayiş etdirir və rəsmi təsdiq üçün əlavə məlumatların gözlənildiyi bildirilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Mart 2025

02 Mart 2025

BÜTÜN XƏBƏRLƏR