İnsanlara hürriyət, millətlərə istiqlal!

Kiyevdən CANLI: Putinlə Tramp Zelenskinin yerinə ONU GƏTİRİR – ŞOK AD AÇIQLANDI!

Məlumatlara görə, Zelenskinin reytinqi onun seçkilərdəki potensial rəqibi Zalujnıdan (Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı, hazırda Ukraynanın Böyük Britaniyadakı səfiri - red.) iki dəfə aşağıdır. Axar.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

Onun sözlərinə görə, Zelenskinin problemləri var, çünki hərbi vəziyyət aradan qaldırılan kimi o, dərhal seçkiyə getməli olacaq. Putinin fikrincə, Zelenskinin seçkini qazanmaq şansı sıfırdır: "Zelenski danışıqlardan yayınır, çünki bu, Ukraynada hərbi vəziyyətin ləğvinə və seçkilərə gətirib çıxaracaq”.

Ukraynada atəşkəs imzalanan kimi seçkilər keçirilə bilərmi? Putinin Zalujnının adını çəkməsi nədən xəbər verir? Putin və Tramp Zelenskinin yerinə Zalujnı ilə anlaşacaqlarının anonsunu verirlər? Tramp Putindən əvvəl Zelenski ilə görüşəcəksə, bu, proseslərin onun xeyrinə cərəyan edəcəyini deməyə əsas verirmi?

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 13.00-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində Kiyevdə yaşayan polkovnik Elxan Nuriyevlə müzakirə edəcəyik.

Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

https://www.facebook.com/tvmusavat

https://www.youtube.com/@musavattv

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR