İnsanlara hürriyət, millətlərə istiqlal!

Kiyevdə Rusiya və SSRİ-ni xatırladan qırxdan çox küçənin adı dəyişdirilib

Kiyev Şəhər Şurası Ukrayna paytaxtının adları Rusiya və SSRİ ilə əlaqələndirilən qırxdan çox küçəsinin, zolaqlarının, bulvarlarının, prospektlərinin və meydanlarının adını dəyişdirib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Kiyevin meri Vitali Kliçko məlumat yayıb. Onun sözlərinə görə, yeni adlar kiyevlilərin özləri tərəfindən elektron səsvermə yolu ilə seçilib və şəhər şurası ən çox dəstək alan bir neçə variantdan yalnız birini təsdiqləyib.

Beləliklə, Slavqorodskaya, Baqration, Aleksandr Matrosov və Moskovski küçələri hava kəşfiyyatçısı “Denis Antipov”, “fotoqraf Maksim Levin”, general Sergey Kulçitski” və “aktyor Pavel Li” deyə adlandırılacaq. Onların hamısı müxtəlif vaxtlarda Rusiya işğalı zamanı həlak olublar.

fff.jpg (53 KB)

Vitali Kliçko

“Puşkinskaya” küçəsi öz növbəsində 19-cu əsrdə yaşamış ukraynalı xeyriyyəçi və ictimai xadim “Yevgeni Çikalenko küçəsi”, “Karl Marks küçəsi” alman yazıçısı “İohan Volfqanq Höte” küçəsi, “Krasnodarskaya küçəsi” isə “Qolda Meyr” (İsrailin keçmiş baş naziri-red.) küçəsi adlandırılıb.

Qeyd edək ki, bundan öncə Kiyevdə SSRİ marşalı Rodion Malinovskinin adını daşıyan küçə “Azov Alayının Qəhrəmanları” deyə dəyişdirilmişdi. Ümumilikdə, 2014-cü ildən bəri Ukraynanın paytaxtında və ölkənin digər şəhərlərində mindən çox coğrafi obyektin adı dəyişdirilib.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR