Onlayn ictimai-siyasi qəzet
Moldovada paytaxt Kişinyovda keçirilən etiraz aksiyası zamanı polis bir neçə nəfəri, o cümlədən Pikaçu, Labubu və qütb ayısı kostyumunda olan şəxsləri saxlayıb.
Musavat.com xəbər verir ki, aksiyanı müxalif “Pobeda” bloku Qaqauziyanın həbs olunmuş rəhbəri Yevgeniya Qutsula dəstək məqsədilə təşkil edib.
Yerli KİV-in məlumatına görə, etirazda parlament üzvləri, müxalifət partiyalarının nümayəndələri və fəal vətəndaşlar iştirak ediblər. Nümayişçilərin sayı təxminən 1000 nəfərə çatıb.
Xatırladaq ki, Qaqauziya başçısı Yevgeniya Qutsul avqustun 5-də Kişinyov məhkəməsinin qərarı ilə qanunsuz maliyyələşdirmə işi üzrə 7 il müddətinə azadlıqdan məhrum edilib. Keçmiş “Şor” partiyasının katibi Svetlana Popan isə eyni ittiham üzrə 6 il həbs cəzası alıb.
Musavat.com
17 Avqust 2025
16 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ