İnsanlara hürriyət, millətlərə istiqlal!

“Kişi kimi savaşaq, səfirliklə nə işləri var?” – Sakinlərdən səfirliyimizə hücuma SƏRT REAKSİYA

Ermənilər yenə də öz əməllərindədirlər. Livan Respublikasındakı səfirliyimiz qarşısında aksiya keçirən 50-yə yaxın erməni əsilli şəxslər səfirliyin inzibati binasının ətrafındakı hasara zərbələr endirib, özləri ilə gətirdikləri içərisində boya olan və partlayıcı bərkidilmiş şüşələri səfirliyin inzibati binasına atıblar.

Bu ilk belə hal deyil. London, Paris və Brüsseldəki səfirliklərimiz də zaman-zaman erməni radikallarının hücumuna məruz qalıb. Həmçinin xatırladaq ki, bu ilin yanvar ayında Azərbaycanın İrandakı Səfirliyinə silahlı hücum oldu. Terror hücumu zamanı mühafizə xidmətinin rəisi Orxan Əsgərov şəhid oldu.

Bəs bu cür hücumların davamı gələ bilərmi? Biz necə addım atmalıyıq? Bakı əhli necə düşünür, eyni hadisələr yenidən təkrarlana bilərmi?

Daha ətraflı video-sorğuda izləyə bilərsiniz:

Dürrə Həsənova,
Rafət Şahbazov,
Musavat.com


ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2024

22 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR