Onlayn ictimai-siyasi qəzet
Əvvəllər hər avtomobili olan şəxs taksi kimi fəaliyyət göstərə bilərdi. Müştərini tap, rolu tut və budur, sür getsin. Amma indi vəziyyət tamamilə dəyişib. Belə ki, hazırki qaydalara əsasən, sertifikasiyadan keçə bilməyən sürücülər taksi kimi işləyə bilməzlər.
Bəzi sürücülərin isə ümumiyyətlə sertifikasiya ilə bağlı məlumatları yoxdur. Yaxın günlərdə keçirilən imtahanda 180-ə yaxın taksi sürücüsü tələb olunan balı yığa bilməyiblər.
Bəs kəsilən sürücülərin aqibəti necə olacaq?
Məsələ ilə bağlı Milli.Az-a nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradov bildirib ki, sürücülər bu imtahanı çox böyüdür. Bu sadə imtahandır, bəzi sürücülər həyacanlanırlar deyə elementar sualları səhv edirlər. Amma ümumilikdə nəticə yaxşıdır. Belə ki, imtahandan keçib qanuni olan sürücülərin sayı 27 minə gəlib çatıb. Bu böyük göstəricidir:
"İmtahandan keçə bilməyənlər isə yenidən imtahan verə bilərlər. İmtahan haqqı 30 azn təşkil edir. Əgər sertifikasiyadan keçmədən sürücü işləyirsə, bu halda cərimə edilə bilər.
Sertifikasiyadan keçməyən sürücünü hansısa şirkət işə cəlnb edirsə, həmin şirkəti də cəza gözləyir. Bu gün sistem elə qurulub ki, sürücü qeydiyyatdan keçəndə şirkət ondan sertifikasiya tələb edir. Əgər şirkət sertifikayasız sürücünü işə cəlb edirsə, bunu sistemdə AYNA görür. Dərhal həmin şirkət cəzalanır. Birinci dəfə 20 min manat, ikinci dəfə 40 min manat cərimə tətbiq olunur".
Qeyd edək ki, bu tələblər həm sürücülərin peşekarlığın artıracaq, həm də sərnişinlərə rahatçılıq yaradacaq.
30 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ