İnsanlara hürriyət, millətlərə istiqlal!

Kanadada meşə yanğınları səbəbindən 30 min insan təxliyə edilib

Kanadanın Alberta əyalətində təbiət yanğınları 122 hektar meşə sahəsini və onlarla yaşayış evini məhv edib.

AZƏRTAC Euronews telekanalına istinadla xəbər verir ki, təbii fəlakət səbəbindən ştatın 30 minə yaxın sakini öz evlərini tərk etmək məcburiyyətində qalıb. Hakimiyyət orqanlarının məlumatına görə, 110-dan çox yanğın ocağının hələlik yalnız üçdəikisini nəzarət altına almaq mümkün olub.

Alberta əyalətində meşə yanğınları artıq bir neçə gündür davam edir. Mayın 6-da regionda fövqəladə vəziyyət rejimi elan olunub. Əyalətin Baş naziri Deniel Smit yanğından zərər çəkən bəzi rayonlara gedib və təxliyə olunmuş yerli sakinlərlə görüşüb.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR