İnsanlara hürriyət, millətlərə istiqlal!

Kanada Ukraynanın keçmiş prezidentinə sanksiya tətbiq edib

Kanada Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçə, eləcə də Rusiyanın yeni regionlarında hökumət rəsmilərinə qarşı sanksiyalar tətbiq edib.

Bu barədə Kanada Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Sanksiyalar həmçinin Krım və Xerson vilayətinin Mədəniyyət Nazirliyinə, Zaporojye və Xerson vilayətlərinin təhsil nazirliklərinə, eləcə də Rusiyanın yeni bölgələrindəki bəzi muzeylərə qarşı tətbiq edilib.

Bundan əvvəl Kanadanın baş naziri Castin Trüdo Rusiyanın Ukraynadakı xüsusi hərbi əməliyyatını dəstəklədiyi iddiası ilə Kanada hakimiyyətinin 24 şəxs və 17 təşkilata sanksiya tətbiq etmək qərarını açıqlamışdı.\APA

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR