İnsanlara hürriyət, millətlərə istiqlal!

Kanada dərhal ABŞ-la ticarət danışıqlarına başlayır - Karni

Kanadanın baş naziri Mark Karni ABŞ prezidenti Donald Trampla "dərhal" ticarət danışıqlarına başlayacağını bildirib.

Musavat.com xəbər verir ki, bu barədə o, X hesabında paylaşım edib: "Prezident Tramp və mən razılaşdığımız kimi, ABŞ prezidenti və Kanadanın baş naziri dərhal yeni iqtisadi və təhlükəsizlik əlaqələri üzrə danışıqlara başlayacaqlar".

O, idxal tariflərindəki 90 günlük fasiləni “qlobal iqtisadiyyat üçün çoxdan gözlənilən möhlət” adlandırıb.

Karninin sözlərinə görə, ABŞ-ın 75-dən çox ölkə ilə ticarət danışıqları "qlobal ticarət sisteminin əsaslı şəkildə yenidən qurulmasına səbəb olacaq".

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR