İnsanlara hürriyət, millətlərə istiqlal!

Kamikadze dronlarla İLK HÜCUM - Hədəfin üzərində dövrələr vurur və… - FOTOLAR

Avropanın ən böyük atom elektrik stansiyasının yerləşdiyi Zaporojye keçən həftə bir neçə dəhşətli hücumun hədəfi olub. Ötən həftə şəhərə atılan raket nəticəsində 30 nəfər ölüb, 88 nəfər yaralanıb.

Zərərçəkənlərdən bəziləri işğal olunmuş əraziyə daxil olmaq üçün şəhər kənarında növbə gözləyir, digərləri isə avtobus dayanacağında gecələyirlər.

Musavat.com xəbər verir ki, Rusiya qoşunları hər iki cəbhədə təzyiq altında geri çəkildiyi üçün Ukrayna ordusu ölkənin şərqində və cənubunda irəliləməyə davam edir.

 0a0795f3-cf08-442d-8532-8f659a75a949.jpg (111 KB)

Rusiya ilk dəfə Zaporojyeni partlayıcılarla dolu “kamikadze dronlar”la hədəfə alıb və şəhərdəki yaşayış binasına raket hücumu nəticəsində ölənlərin sayını 11-ə çatıb.

Ukrayna hərbi rəsmilərinin sözlərinə görə, “kamikadze dronlar” raketlərdən daha ucuz və daha sadədir, lakin yerüstü hədəflərə zərbə vurmaqda olduqca effektivdir.

Zaporojye vilayət administrasiyasının rəhbəri Aleksandr Starux İran istehsalı olan "Shahed-136" dronlarının şəhərin iki infrastruktur obyektinə ziyan vurduğunu deyib. O, digər raketlərin də şəhərə düşdüyünü və bir nəfərin yaralandığını bildirib.

 a8053fce-87fa-4e50-8d72-c99fb01774f2.jpg (72 KB)

"Shahed-136" PUA-ları düşmən qoşunlarına, zirehli texnikalara və ya binalara zərbə zamanı partlamağa başlamazdan əvvəl bir neçə saat havada qala bilir və potensial hədəflər üzərində dövrə vurur.

Ukrayna Hərbi Hava Qüvvələrinin sözçüsü Yuri İhnat pilotsuz təyyarənin kiçik ölçüsünü top gülləsi ilə müqayisə edib:

"Bu, Ukraynanın bütün müdafiə qüvvələri üçün yeni təhlükədir və buna qarşı çıxmaq üçün bütün mümkün vasitələrdən istifadə etməliyik".

Rəsmi məlumata görə, Moskva sentyabr ayından İran PUA-larından istifadə etməyə başlayıb və elektrik stansiyalarını, elektrik ötürücü xətləri və su şəbəkələrini uzaqmənzilli silahlarla hədəfə alıb.

Nigar Cəfərli,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR