Onlayn ictimai-siyasi qəzet
Dağıstanda yol qəzası baş verib.
Musavat.com-un xəbərinə görə, hadisə Kumtorkalin rayonu ərazisində, Tyube qəsəbəsinin yaxınlığında baş verib.
Sürücü “KamAZ” markalı yük maşınını idarə edərkən yolun sağ tərəfində dayanmış polis patrul avtomobilinə çırpılıb.
Videogörüntülərdən görünür ki, hadisə zamanı patrul maşını qəfil hərəkətə başlayıb və bu zaman sürücü idarəetməni itirərək yüksək sürətlə avtomobilə çırpılıb. Hadisə həmin an maşında olan videoregistrator vasitəsilə qeydə alınıb.
İlkin məlumatlara görə, patrul avtomobilində olan üç polis əməkdaşı xəsarət alıb. Hadisə yerində olan şahidlər dərhal yaralılara kömək göstəriblər.
Qəza Kumtorkalin rayonunun Daxili İşlər Nazirliyi şöbəsinin növbətçi hissəsinə məxsus avtomobilin xüsusi siqnalları qoşaraq dönmə əməliyyatı zamanı baş verib. Patrul maşını əks istiqamətə keçmək istəyərkən qəza qaçılmaz olub.
Musavat.com həmin anları əks etdirən videogörüntünü təqdim edir:
Musavat.com
16 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ