Onlayn ictimai-siyasi qəzet
Yeyib-içdikdən sonra düşən mübahisə bıçaqlanma ilə bitib.
Hadisə Mingəçevirdə, Ərəş küçəsindəki kafelərdən birində baş verib.
Məlumata görə, 3 şəxs arasında yaranan mübahisə qanla bitib.
Bıçaqlanma zamanı xəsarət alan hər 3 şəxs Xəstəxanaya çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, xəsarət alanlardan iki nəfərinin müalicəsi orada davam etdirilir.
İlkin məlumata görə, hadisəyə səbəb tərəflərin bir-birini nalayiq ifadələrlə təhqir etmələri olub. Faktla bağlı araşdırma aparılır.
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ