Onlayn ictimai-siyasi qəzet
ABŞ-də aparılan yeni araşdırma göstərib ki, gecə 9 saatdan çox yatan şəxslərdə zehni funksiyalar zəifləyə bilər.
Musavat.com xarici mediaya istinadən xəbər verir ki, tədqiqat Texas Universitetinin alimləri tərəfindən həyata keçirilib və nəticələr "Alzheimer’s & Dementia" jurnalında dərc olunub.
27–85 yaşlı 1853 nəfərin məlumatlarının təhlili əsasında aparılan araşdırma yaddaş, qavrayış və idrak bacarıqlarında azalma ilə uzun yuxu arasında əlaqə aşkar edib.
Bu zəifləmə xüsusilə depressiya əlamətləri olan şəxslərdə daha güclü müşahidə olunub. Alimlər böyüklərə gündə 7–8 saat yuxu tövsiyə edir.
Musavat.com
ŞƏRHLƏRŞƏRH YAZ