Onlayn ictimai-siyasi qəzet
İstanbulda keçirilməsi planlaşdırılan Rusiya-Ukrayna danışıqları öncəsi gərgin gözlənti davam edir.
Musavat.com xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bu gün verdiyi açıqlamada Rusiya nümayəndə heyətinin artıq səhər saatlarından etibarən görüş yerində olduğunu, lakin Ukrayna nümayəndələrinin hələ də gəlmədiyini bildirib.
Peskov əlavə edib ki:
▪️ Putinin yaxın günlərdə İstanbula səfəri planlaşdırılmır;
▪️ Putin və Tramp arasında mümkün görüşlə bağlı hazırda heç bir hazırlıq aparılmır;
▪️ Rusiya-Ukrayna danışıqlarının konkret vaxtı hələ də müəyyən edilməyib. Danışıqların başlanma saatı ilə bağlı dəqiqlik yoxdur.
Musavat.com
ŞƏRHLƏRŞƏRH YAZ