İnsanlara hürriyət, millətlərə istiqlal!

İtaliyanın baş naziri AÇIQLADI: Rusiya ilə Ukrayna arasında sülhə yalnız BU ŞƏRTLƏ nail olmaq olar

“Rusiya ilə Ukrayna arasında sülh sazişinin əldə olunmasını asanlaşdıran yeganə yol rəsmi Kiyevə özünü hərbi cəhətdən müdafiə etməkdə yardım göstərməkdir”.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bunu İtaliyanın baş naziri Corciya Meloni parlamentdəki çıxış zamanı söyləyib.

"Biz Ukraynanı hərbi və siyasi yöndən dəstəkləməklə sülh qazana bilərik... Bu, yeganə şansdır", - deyə, Meloni Senatda yeni təyin olunmuş sağçı hökumətə etimad səsverməsindən əvvəl keçirilən parlament debatlarında bu sözləri sərf edib.

Qeyd edək ki, Corciya Meloni Rusiya –Ukrayna savaşında rəsmi Kiyevin qızğın dəstəkçisi kimi tanınır. Onun koalisiya ortaqları, Silvio Berluskoni və Matteo Salvini isə bu məsələdə daha ikitərəfli mövqe sərgiləyirlər.

Lakin ötən həftə Ukrayna prezidenti Vladimir Zelenskini müharibəyə başlamaqda ittiham edən Silvio Berluskoni Senatda etimad müzakirəsi zamanı fikrini dəyişib və Melonini dəstəkləyib. O, həmişə Moskvanı Qərblə barışdırmağa çalışdığını, lakin Rusiyanın Ukraynaya müdaxiləsinin bunu mümkünsüz etdiyini söyləyib.

"Bu vəziyyətdə biz təbii olaraq Qərbin tərəfindəyik", - deyə, İtaliyanın baş naziri bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR