İnsanlara hürriyət, millətlərə istiqlal!

İstanbulda yaşayış binasında güclü partlayış olub, ölənlər var - VİDEO

Türkiyənin İstanbul şəhərinin Kadıköy rayonunda yaşayış binasında güclü partlayış baş verib.

Musavat.com bu barədə NTV telekanalına istinadən xəbər verir.

Partlayış nəticəsində yaranan yanğından sonra alov bitişik iki binaya da keçib.

Hadisə yerinə çoxlu sayda polis, yanğınsöndürən və səhiyyə qrupları göndərilib.

***

Türkiyənin İstanbul şəhərində üçmərtəbəli yaşayış binasında baş verən partlayışda 3 nəfər ölüb.

Musavat.com "Haber Global"a istinadən xəbər verir ki, partlayışdan sonra Kadıköy rayonunda yerləşən binada yanğın başlayıb.

Qeyd edək ki, partlayışa səbəb binanın 3-cü mərtəbəsində yerləşən mənzildə qaz sızması olub.

Yanğınsöndürənlərin səyi nəticəsində yanğın nəzarət altına alınıb. Məlumata görə, 1 yaralı binadan çıxarılıb.

Partlayışın səbəbi barədə məlumat verilmir.

Toğrul İSMAYIL,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR